Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ

21-01-2026, 12:14           
Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Sülh Şurasına qoşulması ilə bağlı sənəd imzalayıb.

Bu barədə “Пул Первого” “Telegram” kanalı məlumat yayıb .

“Prezident Belarus Respublikası adından Belarusun Sülh Şurasına qoşulması və Sülh Şurası Nizamnaməsinin müddəalarının tətbiqi ilə bağlı sənəd imzaladı”, – deyə paylaşımda bildirilir.

Hər şeyin ABŞ Prezidenti Donald Trampın məktubunda göstərilən prosedura tam uyğun olaraq baş verdiyi vurğulanır.

Xatırladaq ki, yanvarın 16-da Amerika lideri Qəzza zolağı ilə bağlı “Sülh Şurası”nın yaradıldığını elan edib. Rusiya Prezidenti Vladimir Putin və Lukaşenko da daxil olmaqla 60-dan çox dünya lideri şuranın işində iştirak etməyə dəvət edilib.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru