Putinin Azərbaycanda AES tikintisi planı reallaşır?
Bu gün, 16:24

"Antalya Diplomatik Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkənin nüvə enerjisindən istifadə etmək niyyətini açıqladı. O, nüvə enerjisinin milli enerji balansının əsas komponentinə çevriləcəyini bildirdi".
Rusiya ilə münasibətlərin normallasmasi bəyanatlarının ardinca belə bəyanatin verilməsi ciddi şubhələr doğurur.
Vaxtilə hətta Putinin Azərbaycanda atom elektrik stansiyasinın tikilməsi haqqında (2019-cu ildə)təklifindən imtina edilməsindən 7 il kecəndən sonra bu məsələyə, yəni Azərbaycanda AES enerjisindən istifadə qərarı verilməsi haqqında bəyanat şimal qonşunun yuksək rütbəli emissarlarının səfərindən sonra səsləndirilir.
Ola bilsin ki, baglı qapılar arxasında bu məsələ artıq Rusiya ilə həll olunub.
AES tikintisi regionda faktiki Rusiyanın monopoliyasındadir.Artıq Qazaxıstan AES tikintisi ilə bağlı qərar verib və bu işi Rusiyanın ROSATOM təskilatının görəcəyi bildirilib.
Azərbaycanda belə qərar rəsmən veriləcəksə və eyni zamanada AES-in tikintisi Rusiyaya həvalə olunacaqsa,bu Azərbaycanın faktiki Rusiyanın təsir orbitinə qayıtması demək olacaq.
Azadlıq.az

