Tramp bəyan etdi: “İranla sülh olmayacaq, çünki…”

21-04-2026, 09:44           
Tramp bəyan etdi:
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla əldə olunan müvəqqəti atəşkəsin uzadılması ehtimalı çox azdır.

TEREF xəbər verir ki, bu barədə o, “Bloomberg agentliyinə verdiyi açıqlamada deyib.

Trampın sözlərinə görə, əgər atəşkəs müddəti bitənə qədər razılıq əldə olunmasa və Hörmüz boğazı açılmasa, bu zaman iki həftəlik razılaşma uzadılmayacaq. Prezident qeyd edib ki, boğaz yalnız yekun saziş imzalandıqdan sonra açılacaq.

ABŞ lideri həmçinin bildirib ki, vitse-prezident Cey Di Vens danışıqları bərpa etmək üçün bu gün Pakistanа yola düşüb. Onun sözlərinə görə, danışıqlar çərşənbə axşamı başlamalıdır.

“Мən sərfəli olmayan razılaşmanı tələsik imzalamaq niyyətində deyiləm. Hələ kifayət qədər vaxtımız var. Atəşkəsin müddəti çərşənbə günü, ABŞ vaxtı ilə axşam saatlarında başa çatır.”, – deyə Tramp vurğulayıb.//globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru