İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ

Bu gün, 00:10           
İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ
ABŞ hərbi müdaxilələrə yenidən başlayacağı halda İran ordusu vuracağı obyektlərin siyahısını tərtib edib.

Bu xəbəri “Fars” informasiya agentliyi paylaşıb.

Bildirilib ki, sözügedən siyahı tərtib edilərkən adekvat cavab prinsipi əsas götürülüb:

“Əgər Amerika və ya İsrail İranın enerji obyektlərinə hücum edərsə, rəsmi Tehran İsrailin elektrik stansiyalarını və Yaxın Şərq regionundakı ABŞ tərəfdaşlarını hədəf seçəcək. Vaşinqton dəniz mühasirəsini davam etdirəcəyi təqdirdə isə İran hökuməti Bab əl-Məndəb boğazını qapatmağı, həmçinin Hörmüz boğazına minalar döşəməyi nəzərdə tutur”.

Agentliyin məlumatında vurğulanır ki, ABŞ qüvvələrinin İran torpaqlarında ehtimal edilən quru əməliyyatlarına qarşılıq olaraq Tehran rəhbərliyi region əhalisini və “Müqavimət Oxusu” silahlı qruplaşmalarını səfərbər edərək, ərazidəki Amerika hərbi bazalarının zəbtinə cəhd göstərəcək./oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru