Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı

Bu gün, 12:24           
Tramp marşrutu:
ABŞ və Azərbaycan TRIPP və ya “Tramp Marşrutu” üzrə texniki danışıqlara başlayıb.

TEREF xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-ın texniki nümayəndə heyəti Bakıda “Tramp Marşrutu” layihəsi üzrə danışıqlar aparıb. Vaşinqton Azərbaycanla yeni strateji tərəfdaşlığını konkret infrastruktur layihələrinə çevirməyə çalışır.

ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndə heyətinin səfəri çərşənbə günü başa çatıb. Səfərin məqsədi iki ölkə arasında ortaq strateji infrastruktur prioritetlərini inkişaf etdirmək olub. Bu, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanmış ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının bir hissəsidir.

USTDA-nın Avropa və Avrasiya üzrə regional nümayənsədi Sara Lemminq “Avronyus”a deyib:

“Azərbaycanın strateji coğrafi mövqeyi onu Mərkəzi Asiyanı Qərblə birləşdirən Transxəzər tranzit marşrutunda əvəzolunmaz nəqliyyat mərkəzinə çevirir. “Tramp Marşrutu” bu dəhlizi daha da vacib edəcək”.

ABŞ-ın müvafiq qurumu hazırda Azərbaycanla mayeləşdirilmiş təbii qaz, mülki nüvə enerjisi, elektrik enerjisinin ötürülməsi, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və rəqəmsal rabitə sahələrində layihələri araşdırdığını açıqlayıb./Bakupost.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru