İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”?

Bu gün, 16:58           
İrəvandan milyarderə Qarabağ təpkisi:
“Rusiyalı oliqarx Samvel Karapetyan Ermənistan vətəndaşlarının səslərini rüşvətlə almaq istəyir”.

Bunu Ermənistan Baş naziri Administrasiyası rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Kaluqalı oliqarxın seçkilərlə əlaqədar rüşvət paylaması sistemli xarakter daşıyır. O, Serj Sərkisyan dövrünün dejavüsüdür. Bu, Sərkisyanın Partiyasındakı məhəllə xuliqanlarının ritorikasıdır, o vaxt seçki saxtakarlıqları ilə məşğul olanlar indi də kaluqalı oliqarxa xidmət edirlər. Kaluqalı oliqarxın komandasının yuxarı təbəqəsi bu kütləni rüşvət paylamaq üçün “tullantı” kimi istifadə edir. Şalvar və sviter verməklə, qaz pullarını ödəməklə insanları alçaldırlar, onlara mal kimi yanaşırlar”, – o bildirib.

Çaxoyan Rusiyada yaşayan ermənilərin rüşvətlə Karapetyanın “Güclü Ermənistan” blokuna səs vermək üçün Ermənistana göndərilməsi cəhdlərinə də toxunub:

“Rusiyada yaşayan seçki fırıldaqçıları Ermənistan Respublikasına gələn gün onları “Zvartnots” hava limanında hüquq-mühafizə orqanlarımız qarşılayacaq”.

Karapetyanın ermənilərin Qarabağla bağlı təxribatçı açıqlamasına gəlincə, administrasiya rəsmisi qeyd edib: “Kaluqalı oliqarx Qarabağı öz fərari oğlunun hesabına “qaytarmaq” istəyir?”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./teleqraf.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru