Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”

Dünən, 17:26           
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
İranın zənginləşdirilmiş uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası təkzib olunub.

İranın danışıqlar komandasına yaxın mənbə “Fars”a deyib ki, hazırda nüvə ilə bağlı məsələlər danışıqların gündəmində deyil.

Bildirilib ki, bu mövzu haqqında müzakirələr danışıqların növbəti mərhələsinə saxlanılıb.

“Uran ehtiyatlarının üçüncü bir ölkəyə transfer olunması müzakirələrin hazırkı mərhələsinin gündəliyində yoxdur. ABŞ əvvəlcə bir sıra qəti və aşkar addımlar atmalıdır. Bəzi əsas mövzular üzrə yekun razılıq əldə olunmalıdır”, - mənbə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Al Arabiyya” İranın nüvə materialının başqa ölkəyə köçürülməsinə razılaşdığı barədə xəbər yayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru