Tramp 40 dərəcədən çox istidə uzun nitq deyəcəyini elan edib - VİDEO
Bu gün, 12:18
ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Günü münasibətilə iyulun 4-də havanın temperaturu 40 dərəcəni keçəcəyi şəraitdə uzun nitq söyləyəcəyini açıqlayıb.
Bu barədə o, Şimali Dakota ştatında çıxışı zamanı bildirib.
"İyulun 4-də havanın temperaturu təxminən 41.6 dərəcə olacaq. Mən isə çox uzun nitq söyləyəcəyəm ki, hər şeyi bacardığımı göstərim", - deyə ABŞ lideri bildirib.
Bundan əvvəl Nyu-York meri Zoxran Mamdani şəhər sakinlərini istilik indeksinin 44 dərəcəyə çatacağı anomal isti hava şəraiti barədə xəbərdar edib. Onun sözlərinə görə, isti hava iyulun 4-dək davam edəcək. Yüksək temperaturla əlaqədar şəhərdə sərinləmə mərkəzləri fəaliyyət göstərəcək.