Saakaşvilini qardaşı evə buraxıldı

2-09-2017, 19:35           
Saakaşvilini qardaşı evə buraxıldı
Gürcüstanın eks-prezidenti Mixail Saalaşvilinin qardaşı David Kiyevdə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Mixail Saakaşvili öz Feysbuk hesabında yazıb.

“Bu gün səhər saat 8-də qardaşım evdən çıxarkən Avakovun DİN əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb”, - Saakaşvili bildirib.

David Saakaşvilinin tezliklə deportasiya ediləcəyi gözlənilir.

***

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qardaşı David Saakaşvili azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə yerli “112 Ukrayna” telekanalı informasiya yayıb.

“Saakaşvili artıq Miqrasiya xidmətinin binasını artıq tərk edib. Vəkillərin sözlərinə görə, David Saakaşvili artıq evinə yollanıb”, - telekanalın müxbiri deyib.

Qeyd edək ki, bir qədər əvvəl David Saakaşvilinin həbs olunduqdan sonra ölkədən deportasiya ediləcəyi xəbəri yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru