“Azadlıq” qəzeti də Əli Kərimlinin əlindən alınır

19-08-2015, 16:35           
 “Azadlıq” qəzeti də Əli Kərimlinin əlindən alınır
“Əli Kərimliyə qarşı mübarizədə “Azadlıq” qəzetini də öz tərəfimizə çəkməyə çalışacağıq”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev deyib. O, bildirib ki, bununla bağlı “Azadlıq” qəzetinə müraciət ünvanlayacağıq:

“Biz istəyirik ki, “Azadlıq” qəzeti də ayılsın. Qoy onlar da bilsinlər ki, Əli Kərimliyə yox, xalqa xidmət etmək lazımdır. Ona görə, bu qəzet müstəqil olmalıdır. Bu qəzet Əli Kərimlinin əsarətindən çıxsa, yaxşı olar. Ancaq, qərar onlarındır”.

R. Nurullayev deyib ki, yaxın vaxtlarda yeni AXCP-nin rəsmi qəzeti nəşrə başlayacaq:
“Biz yaxın günlərdə “Cümhuriyyət” qəzetini buraxmağa başlayacağıq. Bu qəzet bizim rəsmi orqanımız olacaq. Qəzetin baş redaktoru Rəfail Becanov olacaq. Qeyd edim ki, qəzetin internet səhifəsi də olacaq. Eyni zamanda AXCP-nin yeni formatda internet səhifəsini də yaradacağıq”.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında AXCP sədrinin sabiq müavini Razi Nurullayev yeni AXCP yaratdığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru