İcra başçıları üçün çətin mərhələ... - 6 rayonda durum acınacaqlıdır...

7-12-2015, 13:19           
İcra başçıları üçün çətin mərhələ... - 6 rayonda durum acınacaqlıdır...
"Bir neçə rayonun icra başçısı əməlli-başlı sıxıntı içindədir". Bu barədə məlumatı DİA.AZ-a hökumətdəki mötəbər mənbə verib.

Xəbəri verən qaynağın bilgilərinə görə, konkret olaraq 6 rayonun icra hakimiyyəti rəhbəri yola salmaqda olduğumuz ilin yekin hesabatını yuxarı instansiyalara təqdim etməkdə çətinlik çəkir.

Mənbə dia.az-a bildirir ki, Ağsu, Gədəbəy, Ağdam, Quba, Göyçay, Beyləqan və Astara rayon başçıları daha çətin durumda olanlarıdır.

Mənbənin dia.az-a spylədikləri: "Həmin 6 rayonda ciddi maliyyə kəsirləri var. Ona görə də hesabat sənədlərinin hazırlanmasında ciddi problem var. Bakıda kimsə saxtakarlığa göz yummadığından başçılar əlavə yollar axtarmaqda, vəziyyətdən çıxmağa çalışmaqdadırlar. Ola bilsin ki, bu mərhələdə sərt cəzalar tətbiq olunsun.

Niyə də olmasın ki? Əgər Eldar Mahmudov, Cahangir Zeynalov, Əli Abbasov kimi oliqarxlar "vurulursa", hansısa xırda başçının şıltaqlılqlarına göz yumulmasını gözləmək doğru deyil. Dövlətin pulunu yeyənlərin hesabat vermə zamanı olduğundan həbslər belə mümkündür"...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru