Gömrük generalından sahibkarlara müraciət - VİDEO

9-01-2016, 13:45           
Gömrük generalından sahibkarlara müraciət - VİDEO
Bakı şəhər gömrük idarəsinin rəisi Vüsal Novruzov sahibkarlarla gömrük komitəsi arasında yaradılan körpüdən 3-cü qüvvələrin istifadə etməsinə imkan verməməyi məsləhət görür.

Anspressin məlumatına görə, çünki biznesmen rüsumu birbaşa şəkildə ikinci, üçüncü şəxslərin iştirakı olmadan da, məsələn brokerlərsiz də ödəyə bilərlər.

“İşbazlar brokerlər adı altında iş admları ilə sövdələşməyə getdiyi üçün sonda iş adamına böyük ziyan dəyir. Onun idxal etdiyi malın maya dəyərinə təsir göstərir. Biz müraciət edirik işbazlarla qurtarın. Bir müddət öncə sahibkarların iştirakı ilə tədbir keçirildi. Orda mən çıxış etdim və sahibkarlara tövsiyə etdim ki, özləri öz mallarını bəyan etsinlər və etdilər nəticəsini də gördülər”, – deyə Vüsal Novruzov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru