İmişlidə faciə: Əziz Quliyevin karxanasında araşdırma başlandı

19-11-2025, 07:34           
İmişlidə faciə:
İmişlidə yerləşən daş karxanasında bədbəxt hadisə baş verib.

Oxu24.com xəbər verir ki,hadisə zamanı 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Mənsur Hüseynağa oğlu Həsənov həyatını itirib.

O, karxanadan qum-çınqıl toplayaraq Bakıya gətirirmiş.Bu zaman ekskvatorun hissəsi ona dəyib. Nəticədə sürücü ağır xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Əldə etdiyimiz məlumata görə,sözügedən karxana iş adamı Əziz Quliyevə məxsusdur.O,Bakıda və İmişlidə bir çox tikinti şirkətlərinə sahibdir.

Məlumata görə,sözügedən hadisə də Bakıda tikilən hündürmərtəbəli binanın tikintisi üçün material apararkən baş verib.

Onu da qeyd edək ki,iş adamı Əziz Quliyevin adı son günlər Ramiz Mehdiyevlə əlaqəli olan şəxslər sırasında hallanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru