Gələn ildən “ƏDV gerial” mexanizmi dəyişir – Deputat yenilikləri açıqladı

19-11-2025, 10:44           
Gələn ildən “ƏDV gerial” mexanizmi dəyişir – Deputat yenilikləri açıqladı
Vergi Məcəlləsinə gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub.

"AzPolitika" xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV gerial”a görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur: "Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV gerial” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər".

İqtisadçı bildirir ki, yeni qaydalarda məqsəd qeyd olunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır: "Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödənişinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakteri daşıyır".

Deputat vurğulayır ki, bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru