Yeyinti məhsullarına 2 milyarddan çox xərc çəkilib 19-11-2025, 16:44 Cari ilin ilk 10 ayı ərzində 2 milyard 114 milyon 305.26 min ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 143 milyon 833,13 min ABŞ dolları dəyərində və ya 7,29% artım deməkdir. Ötən ilin eyni dövründə yeyinti məhsullarına 1 milyard 970 milyon 472.13 min ABŞ dolları dəyərində xərc çəkilib. Yeyinti məhsullları ümumi idxalın 11%-ni təşkil edib. Ötən ilin eyni dövründə isə bu faiz 11,84% təşkil edib. Facebook-da paylaş