Şəhərin mərkəzində qanunsuz parklanma: “Ərazi mənimdir” – VİDEO

19-11-2025, 16:18           
Şəhərin mərkəzində qanunsuz parklanma:
Paytaxtın Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində yolun kənarındakı qapalı bir ərazidə qanunsuz parklanma yeri təşkil olunub. Baku TV həmin ərazidə çəkiliş aparıb. Çəkiliş zamanı qanunsuz parklanma yerinin nəzarətçisi oranı icazəsiz açdığını etiraf edib.

“Buranı özbaşına açmışam, hamı edə bilməz. Ərazi mənimdir, müvəqqəti parklanma xidməti təşkil etmişəm. Burada tikinti işləri aparılacaq. O zaman ərazidən çıxacağıq”, – o söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonu, Mehdi Mehdizadə küçəsində avtomobil parklanması üçün qanunsuz zəbt edilən ərazi polis əməkdaşları tərəfindən nəzarətə götürülüb:

“Qanunsuz parklanma yeri təşkil edən şəxslərlə profilaktik iş aparılmaqla onlar barəsində qanunauyğun tədbir görülüb. Qeyd edək ki, parklanma qaydalarının tənzimlənməsi, eləcə də neqativ durumların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Səlahiyyəti olmadan parklanma yerlərini təşkil edən və sözügedən xidməti göstərən, həmçinin bununla bağlı ödəniş tələb edən şəxslər müəyyən edilərək barələrində inzibati tənbeh tədbiri tətbiq olunur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru