Biləcəridə yaşıl ağaclar necə məhv edilir

20-11-2025, 00:04           
Biləcəridə yaşıl ağaclar necə məhv edilir
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsindəki böyük meşəlik ərazi təhlükə altındadır.

XALQ xəbər verir ki, böyük yaşıllıq ərazi göz görə-görə məhv edilir. Yaşıllıqlar uzun müddətdir suvarılmır, baxımsızlıqdan ağaclar quruyub.

Ətraf ərazidə yaşayan sakinlər bildirib ki, meşəlik ərazi zibilliyə çevrilib. Sakinlər Binəqədi rayon İcra Hakimiyyətinin bu ərazinin qorunması üçün tədbirlər görməsini tələb edir.

Sakinlər baxımsızlıqdan quruyan ağacların yeni ağaclarla əvəzlənməsini də tələb edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru