NDU dosenti plaqiatda ittiham olunur

20-11-2025, 12:48           
NDU dosenti plaqiatda ittiham olunur
Naxçıvan Dövlət Universitetinin dosenti Abbas Əhmədov suriyalı alim B. Abbasın fizika sahəsindəki elmi araşdırmasını adına çıxıb, özünü “Google Scholar” elmi səhifəsində paylaşıb. “Google Scholar” elmi işlərin beynəlxalq şəkildə izlənildiyi platformadır və burada başqasına aid araşdırmanın müəllif məlumatlarını dəyişdirmədən öz hesabına əlavə edilməsi ciddi etik pozuntusu sayılır.
Abbas Əhmədov universitetin fəlsəfə üzrə dosenti, Beynəlxalq Münasibətlər və Hüquq fakultəsinin dekan müavinidir.
Universitetdəki mənbənin verdiyi məlumata görə, onu bu saxtakarlığa məcbur edən rəhbərliyin dosentlərdən elmi məqalə yazıb, adı çəkilən platformada paylaşmaq tələbi olub:
“Bəzi müəllim və dosentlər bu təzyiqin qarşısında pulla məqalə yazdırıblar, dərc etdiriblər. Abbas müəllim isə, heç pul vermək zəhmətinə belə qatlaşmayıb, birbaşa başqa bir alimə, fizika sahəsində çalışan eyni adlı tədqiqatçıya aid iki məqaləni öz “Google Scholar” hesabına əlavə edib. Maraqlıdır ki, Abbas Əhmədovun illərlə universitetdə işləməsinə baxmayaraq, yalnız iki məqaləsi var, onların da hər ikisinin başqa şəxsə məxsusdur. Həmin məqalələrin əsl müəllifi olan B. Abbas isə fizika sahəsində aktiv fəaliyyət göstərən, mütəmadi elmi işlər dərc edən tədqiqatçıdır.”
Hazırda universitet rəhbərliyi və Elmi Şura tərəfindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Gündəlik Naxçıvan
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru