Hüququnuzu bilin və onu müdafiə edin.

21-11-2025, 09:12           
Hüququnuzu bilin və onu müdafiə edin.
SOCAR və onun strukturuna daxil olan idarə və müəssisələrdə təqaüd yaşına çatmış işçilərin əmək hüquqlarının pozulması davam edir. Təqaüd yaşına çatmış işçilər. Oxuyun bu maddəni və bilin ki, sizinlə bağlanmış Əmək Müqaviləsinə,sizin razılığınız ,istəyiniz olmadan heç kim(qurum) əlavə və dəyişiklik edə bilməz. Razılaşmadığınız əlavəyə qol çəkməyin.
ARƏM Maddə 70 e-bəndi (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla bağlanmış əmək müqaviləsi ləğv edilə bilər). tələblərinin pozulması.
-SOCAR dövlət büdcəsindən maliyyələşmir. Lakin SOCAR və onun tərkibinə daxil olan bütün müəssisələrində , işçilərə təzyiq edilərək, yaş həddi ilə əlaqədar əmək müqaviləsinin ləğv edilməsi barədə əmək müqaviləsinə razılaşmalar əlavə edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.3 maddəsinə əsasən işçilərin Əmək məcəlləsində nəzərdə tutulan hüquq və güzəştləri məhdudlaşdırıla bilməz.
-SOCAR, rəhbərliyi tərəfindən tələb olunan( tərtib olunan) heç bir qanuna əsaslanmayan qərara əsasən strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə işəgötürən arasında bağlanmış Əmək müqaviləsinin “əmək müqaviləsinə xitam verilməsi” bölməsinə xüsusi məcburi bənd əlavə olunub. Əlavə olunan “d” bəndinə əsasən “İşçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu Əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər”. Və işçiyə məcburi imza atdırılır. SOCAR rəsmiləri tərəfindən ölkənin əmək qanunvericiliyin pozulmasına həmkarlar təşkilatları( ARƏM maddə 309) və Dövlət Əmək Müfəttişliyi Xidməti(DƏMX) ( ARƏM maddə 15) susur
Azər Quliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru