Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı: "Dünən gələn məhsulun tarixi artıq silinib" VİDEO

21-11-2025, 11:49           
Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı:
Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı satışda olan ucuz kolbasa məhsullarından birinin tərkibində at ətinin aşkarlanması ciddi narahatlıq yaradıb.

Bu fakt digər bazarlarda satılan ucuz kolbasa məhsullarının tərkibi və qiymətinə dair sualları yenidən gündəmə gətirib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək deyib ki, belə məhsulların tərkibində daha aşağıkeyfiyyətli və mənşəyi bilinməyən ətlər də ola bilər:

"Təəssüf ki, ölkədə demək olar ki, heç bir ətin satışına qadağa qoyulmur. İstehlakçının aldadılmaması üçün ətin mənşəyi mütləq göstərilməlidir. Bazarlara gətirilən bu tip ət məhsulları çox zaman yararlılığı şübhəli heyvan ətlərindən hazırlana bilər. Qiymətin ucuz olması da bununla bağlıdır, çünki həmin ətlər istehsalçıya havayı başa gəlir".

E.Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün ərzaq məhsulları markalanmalıdır. Yəni məhsulun buraxılma tarixi, son istifadə müddəti, istehsalçı şirkətin rekvizitləri və digər məlumatlar qablaşdırmada qeyd olunmalıdır.

Daha ətraflı Baku TV-nin videomaterialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru