İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir VİDEO

21-11-2025, 15:38           
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir VİDEO
Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəvanə Mehdiyeva dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini bildirir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəvanə Mehdiyeva 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayevin bir il əvvəl vəfat etdiyini, lakin bu günə qədər onun rəsmi ölüm şəhadətnaməsini əldə edə bilmədiyini deyir. Kirayədə yaşayan ailənin hər hansı sosial təminatı yoxdur və iki azyaşlı uşağın bütün məsuliyyəti gənc ananın üzərinə düşüb.

Sənədin olmaması ailənin durumunu daha da ağırlaşdırıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqların ehtiyaclarını qarşılamağa çalışır.

Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciət araşdırılacaq.

Ədliyyə Nazirliyindən də qeyd olunub ki, vətəndaşın şikayəti araşdırılacaq və nəticə barədə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru