Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi - FOTO, VİDEO

22-11-2025, 10:37           
Yanğın anından video paylaşdı: Bu restoranı ittiham etdi - FOTO, VİDEO
Ötən gecə güclü yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.

“Qafqazinfo” xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində olub.

Yanğın anından video paylaşan jurnalist mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində olduqlarını söyləyib.

“Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar”, - deyə H. Mirzə bildirib.

Bundan başqa, o, 3 nəfərin ölümü, xeyli şəxsin zəhərlənməsi ilə nəticələnən yanğına görə binanın altında yerləşən “LOFT” restoranını ittiham edib. Jurnalist güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.

Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, birinci instansiya məhkəməsi “LOFT”un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru