Həmin “Lake Hotel” int*m görüşlər üçün istifadə olunurmuş

23-11-2025, 00:06           
Həmin “Lake Hotel” int*m görüşlər üçün istifadə olunurmuş
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda “Lake Hotel”in 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.

XALQ xəbər verir ki, milli.az-ın əldə etdiyi məlumata görə, “Lake Hotel” əsasən intim görüşlər üçün istifadə olunurmuş.

“Lake Hotel”i tanımayan yoxdur, ora gedənlərin əksəriyyəti intim görüşlər üçün gedirdi. Xüsusi şərait yaradılmışdı, maşınla birbaşa qaraja daxil olub otağa keçmək mümkün idi”, – deyə adının çəkilməsini istəməyən şəxs bildirib.

Qeyd edək ki, “Lake Hotel”in 4 əməkdaşının faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi açılıb, hazırda istintaq aparılır. Hadisə şahidlərinin sözlərinə görə, hotelin arxa həyətində tikinti gedirmiş. Metal qurğu da orada olub. Hotelin şüşələri silinməli idi, ona görə ofisantlar həmin qurğunu gətirmək istəyiblər. Ərazidən keçəndə qurğu yüksəkgərginlikli elektrik naqilinə toxunub və 4 gəncin ölümünə səbəb olan faciə baş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru