Rəsmi şəkildə işləməyənlər ayda 16 manat ödəyəcək — VİDEO

23-11-2025, 00:14           
Rəsmi şəkildə işləməyənlər ayda 16 manat ödəyəcək — VİDEO
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.

TEREF xezerxeber.az-a istinadən xəbər verir ki, bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.

Bildirilib ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək. "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru