Bakıda quyulardan çəkilən çirkab problemi: Tullantıları atmağa yer tapılmır VİDEO

23-11-2025, 12:24           
Bakıda quyulardan çəkilən çirkab problemi:
Bir qrup sürücü quyulardan çəkilən çirkabı boşaltmağa yer tapa bilmir.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, bu iddia ilə çirkab maye daşınması ilə məşğul olan şəxslər müraciət ediblər.

El arasında "şambo" kimi tanınan quyulardan çirkab suları xüsusi maşınlarla çəkirlər. Lakin həmin çirkabı atmağa yer tapmırlar. Hətta müxtəlif yerlərə boşaltdıqları vaxt qanunsuz olduğu üçün cərimələniblər.

Sürücülər deyirlər ki, bu çirkab üçün xüsusi yerlər ayrılsa, rahat şəkildə oraya axıda bilərlər.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, tullantı suları "şambo"lardan çəkən maşınların sahibləri VÖEN təqdim etməklə Bakı Sukanal İdarəsi ilə öncədən müqavilə bağlamalıdırlar. Bu müqavilə əsasında qüvvədə olan tarif qiymətinə uyğun ödəniş edilməklə maşındakı məhlul hər hansı çirkab təmizləyici qurğuların əməkdaşına təqdim edilməlidir. Yükün həqiqətən çirkab su olduğu müəyyənləşdirildikdən sonra maşının sahibi onu təyin olunmuş kanalizasiya kollektoruna axıda bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru