Mahir Cavadovun səhhəti ilə bağlı məlumatlar yayıldı -Psixiatriya xəstəxanasına yerləşdirilib

23-11-2025, 09:51           
Mahir Cavadovun səhhəti ilə bağlı məlumatlar yayıldı -Psixiatriya xəstəxanasına yerləşdirilib
Mahir Cavadovun səhhəti ilə bağlı məlumatlar yayıldı -Psixiatriya xəstəxanasına yerləşdirilib
Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadovun səhhəti ilə bağlı yeni məlumatlar yayılıb. Məlumata görə, o, hazırda Avstriyanın Zalsburq şəhərində yerləşən psixiatriya xəstəxanalarından birində müalicə olunur.Bu barədə məlumatı “Xudafərin” jurnalının baş redaktoru və Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə açıqlayıb. Onun sözlərinə görə, Mahir Cavadov uzun müddətdir mühacirətdə yaşadığı ölkədə səhhətində yaranan problemlərə görə həkim nəzarətinə götürülüb.E.Mustafazadə bildirir ki, sabiq prokurorun həm ailəsi, həm də Azərbaycandakı qohumları ilə əlaqəsi qırılıb. O, Cavadovun sosial dəstəkdən tam şəkildə uzaq mühitdə qaldığını, məhz buna görə də vəziyyətinin daha da çətinləşdiyini qeyd edib.Xatırladaq ki, Mahir Cavadov 1995-ci ildə ,mart hadisələrindən dərhal sonra ölkəni tərk edərək mühacirətə gedib və illərdir Avstriyada yaşayır. Onun hazırkı müalicə prosesi barədə əlavə detallar açıqlanmasa da, vəziyyətin həkim nəzarətində stabilləşdirilməyə çalışıldığı bildirilir.
AzTimes.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru