"Titanik"də batan cütlüyün saatı hərracda satıldı FOTO

24-11-2025, 17:08           
"Titanik"də batan cütlüyün saatı hərracda satıldı FOTO
"Titanik"in sərnişinləri olan İsidor və İda Ştraus cütlüyünə məxsus qızıl cib saatı hərracda 2,33 milyon dollara satılıb.

TASS xəbər verir ki, hərracı Böyük Britaniyanın Uiltşir qraflığında yerləşən "Henry Aldridge and Son" hərrac evi təşkil edib.

"Jules Jurgensen" firmasına məxsus saat 1912-ci il fəlakətindən sonra cəsədi tapılan alman-­amerikalı iş adamı İsidor Ştrausun üzərində olub. Aysberqlə toqquşmadan sonra İsidor və arvadı İda qayığa minməkdən imtina edərək, gəmidəki digər insanların taleyini bölüşməyə qərar vermişdilər.

Axtarış qrupları İsidor Ştrausun cəsədini şəxsi əşyaları, o cümlədən saatı ilə birlikdə aşkar ediblər. Dənizin dibindən çıxarıldıqdan sonra saat onun varislərinə təhvil verilib. Bununla belə, İda Ştrausun cəsədi bu günədək tapılmayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru