Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik

24-11-2025, 17:28           
Saxta hesablar ifşa olunacaq? - “X”dən yenilik
"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni göstərən yeni funksiyanı mərhələli şəkildə istifadəyə verib.

TEREF xəbər verir ki, şirkət bu yeniliyin saxta hesabları, xarici müdaxilələri və yanlış məlumat yayımını aşkar etməyə kömək edəcəyini açıqlayıb.

Hazırda funksiya yalnız məhdud sayda istifadəçi üçün aktivdir. Bəzi profillərdə "Twitter"ə qoşulma tarixi bölməsinə kliklədikdə hesab sahibinin ölkəsi görünür.

Yeniləmə ilə profildə hesabın yaradılma tarixi, təsdiqlənmə statusu, istifadəçi adının dəyişmə sayı və hesabın hansı ölkənin tətbiq mağazası vasitəsilə qeydiyyatdan keçdiyi kimi əlavə məlumatlar da əks olunur.

©Milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru