Gəncədə 394 minlik tenderi – 10 manatlıq şirkət qalib oldu

25-11-2025, 00:26           
Gəncədə 394 minlik tenderi – 10 manatlıq şirkət qalib oldu
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, nəqliyyat vasitələrinə sürtgü yağları, təkərlər, akkumulyatorlar və müxtəlif ehtiyat hissələrinin alınması üzrə keçirilən tenderin qalibi olaraq “International Pipeline Support” MMC-ni seçib.

32gun.az xəbər verir ki, qurum şirkətlə 394.609,96 manat dəyərində müqavilə bağlamağa hazırlaşır.

Satınalma çərçivəsində avtomobillər üçün qabaq faralar, arxa stop-faralar, ayna silən şotku və motoru, qabaq stupiça, qabaq ox şkvornu palesi, eninə tyaqa, tyaqanın nakoneçniki, natyajnoy rolik, mühərrikin və kompressorun qayışları, termostat, qabaq və arxa əyləc barabanları, əyləc baçoku və sairə ehtiyat hissələri alınacaq.

Diqqət çəkən məqam isə qalib şirkətin nizamnamə kapitalının cəmi 10 manat olmasıdır. “International Pipeline Support” MMC-nin qanuni təmsilçisi Raqib Dadaşov Bulud oğludur.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.

Bu tender şəhərin kommunal və nəqliyyat texnikasının təmiri üçün böyük əhəmiyyət daşıyır və qalib şirkətin kiçik nizamnamə kapitalına baxmayaraq bu qədər iri həcmli satınalmanı icra etməsi suallar doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru