İmişlidə dərman növbəsi - Şəkər xəstələri saatlarla ayaqda gözləyir - VİDEO

25-11-2025, 09:24           
İmişlidə dərman növbəsi - Şəkər xəstələri saatlarla ayaqda gözləyir - VİDEO
İmişlidə şəkər dərmanı almaq istəyən xəstələr ciddi problemlə üzləşiblər. Belə ki, şəkər xəstələri hər ay onlara veriləcək dərmanları almaq üçün İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısında uzun növbələrdə gözləməli olurlar. .

İmişli sakinləri Sitat.info-ya müraciət edərək problemin işıqlandırılmasını xahiş ediblər.
Bildiriblər ki, kəndlərdə tibb məntəqələri olmasına baxmayaraq, dərmanlar birbaşa İmişli Rayon Mərkəzi Xəstəxanasından verilir. Bu səbəbdən uzun növbələr yaranır və xəstələr əziyyət çəkir.

Vətəndaşlar dövlət tərəfindən onlara verilən dərmanların kəndlərdəki tibb məntəqələrinə göndərilməsini xahiş ediblər.

Həmin videonu təqdim edirk:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru