İvanişviliyə 607 milyon dollar təzminat təsdiqləndi, lakin pulu ala bilməyəcək

25-11-2025, 11:44           
İvanişviliyə 607 milyon dollar təzminat təsdiqləndi, lakin pulu ala bilməyəcək
Noyabrın 24-də Londonda Məxfi Şuranın Məhkəmə Komitəsi (JCPC) "Credit Suisse Life" (Bermuda) şirkəti ilə Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili arasındakı iş üzrə yekun qərarını açıqlayıb.

Oxu.Az aspny.ge-yə istinadən xəbər verir ki, qərara əsasən, İsveçrənin "Credit Suisse" bankının keçmiş əməkdaşı tərəfindən törədilmiş fırıldaqçılıqla bağlı İvanişviliyə verilmiş 607 milyon dollarlıq təzminat qüvvədə saxlanılıb.

Məhkəmə sığorta şirkətinin müqavilə öhdəliklərini pozduğunu və təxminən 750 milyon dollarlıq aktivlərin düzgün idarə olunmadığını müəyyən edib. Bununla belə, ABŞ sanksiyaları səbəbindən İvanişvili bu məbləği əldə edə bilməyəcək.

Xatırladaq ki, ABŞ 27 dekabr 2024-cü ildə Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru