BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı - Tələbələr qidaların keyfiyyətindən narazılıq edirlər VİDEO

26-11-2025, 17:44           
BDU-nun bufetindən yayılan görüntülər müzakirələrə yol açdı -
Ali məktəblərdə tələbələrin ən çox yığışdığı məkanlardan biri də bufetlərdir. Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin hər korpusunda ayrıca bufet fəaliyyət göstərir. Tələbələr iddia edirlər ki, universitetin bufetində satılan qidaların keyfiyyəti ilə qiyməti adekvat deyil, bahadır. Bəzi qidalar isə ümumiyyətlə, onların ürəyincə deyil.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülərdə BDU-nun tələbəsi "sezar roll"un içərisində məhsulların tam daxil edilmədiyini, qiymətinin isə baha olduğunu iddia edir.

İddialarla bağlı Bakı Dövlət Universitetinin yeməkxanaları üzrə layihə rəhbəri Taleh Orucəliyev qeyd edib ki, bufetlərin hər birində tələbələrin gündəlik qida rasionuna diqqət edilir və sanitar-gigiyenik qaydalar əsas şərtlərdən biridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru