Azəriqaz İB Ağsu RQİİ-nin Göyçay XS-ində işçilərin hüquqları kobud şəkildə pozulur - Amma heç kimin vecinə belə deyil....

26-11-2025, 12:56           
Azəriqaz İB  Ağsu RQİİ-nin Göyçay XS-ində işçilərin hüquqları kobud şəkildə pozulur - Amma heç kimin vecinə belə deyil....
Allahsızlar! Səlim Mustafayev işləyən, evə qazanc gətirən tək insandı 62 yaşında onu kim işə qəbul edəcək?
Himayəsində olan əlilin dərman xərclərini kim ödəyəcək?
Emil Tahirov yazır:
SOCAR Azəriqaz İB Ağsu RQİİ-nin Göyçay XS hüquqları pozulan bir çox işçi var onlardan biri və ən vacibi uzun müddətdir ki, çilingər vəzifəsində çalışan əməkdaşımız Mustafayev Səlimin hüquqları kobud şəkildə pozulub.
Belə ki,himayəsində olan ikinci (2)ci qrup əlil olması və yaşının 60 dan yuxarı işçini RQİİ rəhbərlər 25 ildən çox iş stajı olan işçini ixtisara salıblar Allahsızlar işləyən evə qazanc gətirən tək insandı 62 yaşında kim işə qəbul edəcək?
Himayəsində olan əlilin dərman xərclərini kim ödəyəcək?
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Sizlərdən xahiş edirik SOCAR da aparılan absurd islahatlara son qoyasınız insanların hisləri ilə oynayırlar insanlara qarşı sosial təzyiq göstərirlər dəfələrlə müraciətlər edirik nəzərə alınmır Azərbaycan vətəndaşına bu qədər laqeyid qalmaq olmaz!
Cənab Prezident Ilham Aliyev
1-ci xanım vitse prezident Mehriban Əliyeva
Sizlərdən xahiş edirik hüquqlarımızın bərpa olunmasında,sosial ədalətimizin təmin olunmasında bizlərə köməklik göstərəsiniz.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru