Babək prospektində binanın birinci mərtəbəsi sökülərək obyekt açılır? -Videofakt

27-11-2025, 10:48           
Babək prospektində binanın birinci mərtəbəsi sökülərək obyekt açılır? -Videofakt
Daxil olan məlumata görə, Bakı şəhəri, Babək prospekti 92 ünvanında yerləşən çoxmərtəbəli binada sakinləri narahat edən təhlükəli vəziyyət yaranıb. Bildirilir ki, binanın birinci mərtəbəsində yerləşən sahə sonradan obyektə çevrilmək məqsədilə qanunsuz şəkildə yenidən qurulub və bu zaman daşıyıcı divarların əhəmiyyətli hissəsi kəsilib.

Sakinlərin sözlərinə görə, daşıyıcı konstruksiyaların zəiflədilməsi binanın ümumi dayanıqlığına ciddi zərbə vurub və artıq qonşu mənzillərdə, xüsusilə sanitar qovşaqlarda çatlar yaranıb, kafel və plitələr qoparaq tökülməyə başlayıb. Bu hal binanın konstruktiv bütövlüyü üçün real təhlükə yaradır və hər an daha ciddi problemlərin baş verməsi ehtimalını artırır.

Sakinlər aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə olunmasını, binanın texniki vəziyyətinin qiymətləndirilməsini və qanunsuz müdaxilənin qarşısının alınmasını xahiş edirlər. Onların sözlərinə görə, vaxtında tədbir görülməsə, bu fəsadlar həm maddi ziyana, həm də insanların həyatı üçün ciddi riskə səbəb ola bilər.
[img]https://teref.net/uploads/posts/2025-11/1764181756_2.jpg[/img] Qeyd edək ki, Babək prospekti 92 Xətai rayonu ərazisidir və 2019-cu ildən rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru