AQTİ-də minbir bəhanə ilə bacarıqlı kadrları uzaqlaşdırırlar - Departamentin müdiri işdən çıxarılıb? – FOTO

28-11-2025, 00:07           
AQTİ-də minbir bəhanə ilə bacarıqlı kadrları uzaqlaşdırırlar -
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Daxili Nəzarət Departamentinin müdiri Cahangir Bayramov işdən çıxarılıb.

Globalinfo.az-a daxil olan məlumata görə, buna səbəb Bayramovun AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevin qəzəbinə tuş gəlməsidir. Belə ki, rəhbərliyin özbaşına tələbləri ilə bağlı Ə.Nəbiyevlə C. Bayramov arasında mübahisə yaranıb. Bununla əlaqədar olaraq, Ə.Nəbiyevin əmri ilə C.Bayramov işdən kənarlaşdırılıb.

Məlumata görə, Ə.Nəbiyev 2023-cü il iyulun 21-də AQTİ-nin İdarə Heyətinin sədri təyin olunandan sonra bu qurumda işçilərin işdən çıxarılması kütləvi hal alıb.

İddia olunur ki, o, institutun peşəkar və təcrübəli əməkdaşlarını işdən çıxararaq, onların yerinə heç bir peşəkarlığa və təcrübəyə malik olmayan öz adamlarını gətirir.

Cahangir Bayramov

Bildirilir ki, Ə.Nəbiyev işdə heç bir nöqsanı olmayan, səhvə yol verməyən, lakin “xoşuna gəlməyən” əməkdaşlardan açıq şəkildə işdən çıxmalarını tələb edir. Əməkdaşlar bunun səbəbini soruşduqda, yaxud bu tələbə əməl etmədikdə, Ə.Nəbiyev və onun ətrafındakı şəxslər həmin əməkdaşlarla ciddi “məşğul olmağa” başlayırlar. Müxtəlif üsullarla onları işdən çıxmağa məcbur edirlər.

Xartırladaq ki, bir müddət əvvəl Globalinfo.az AQTİ-nin İdarə Heyətinin sədrinin müavini Tamilla Əliyevanın vəzifəsindən azad olunması barədə məlumat yayıb. Bundan 1 gün sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi T. Əliyevanın qurumun Aparatında heyvan sağlamlığı və bioloji təhlükəsizlik məsələləri üzrə məsul vəzifəyə təyin edilməsina dair məlumat açıqlayıb.

Onu da qeyd edək ki, AQTİ-nin İdarə Heyətinin sədri Ə. Nəbiyevin AQTA-nın sədri Qoşqar Təhməzlinin biznes ortağının oğlu olduğu bildirilir.


Əli Nəbiyev

Məsələ ilə bağlı Globalinfo.azAQTA-ya sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Cahangir Bayramov öz istəyi ilə işdən ayrılıb:

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Daxili Nəzarət Departamentinin müdiri Cahangir Bayramovun işdən çıxarılmasına dair mediada yayılan məlumat həqiqəti əks etdirmir. Qeyd edək ki, Cahangir Bayramov öz ərizəsi ilə işdən ayrılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru