Benzinin idxal qiyməti ucuzlaşsada, pərakəndə satış qiyməti ucuzlaşmayıb...

23-01-2026, 12:58           
Benzinin idxal qiyməti ucuzlaşsada, pərakəndə satış qiyməti ucuzlaşmayıb...
Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci ilin ildə 9% azalaraq 856 (1455 manat) dollara düşüb.
1 ton Aİ 95 = 1333 litr = 1455 manat (idxal qiyməti)
1 litr = 1 manat 9 qəpik.
1 litrə 7 qəpik yol vergisi.
18% ƏDV.
Deməli belə: 2025-də idxal qiyməti 1 manat 9 qəpik, 7 qəpik yol vergisi, 19 qəpik ƏDV = 1 manat 35 qəpik. Satılır 1 manat 60 qəpiyə. Hər litrdən 25 qəpik qazanc.
Həcminə baxaq: Premium markalı avtomobil benzinin ixrac həcmi isə 2025-ci ilin ilk 11 ayında 128 min ton olub, yəni, 170 mln. 624 min litr. Yəni, dekabr ayını çıxasaq, 2025-ci ilin ilk 11 ayında Premium benzinin inhisarçısı 42 mln. 656 min manat pul qazanıb.
Hə, niyə inhisarçı deyirəm – çox sadə, Aİ 95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir, güya, bazar qiyməti müəyyən etməlidir. Amma, bazarda cəmi 1 oyunçu var – SOCAR-ın törəmə şirkətləri, qiyməti də onlar müəyyən edir. Rəqabət olsaydı, hər litrinə 25 qəpik qazanc olan biznesə çox oyunçu daxil olmaq istərdi ki, bu da, qiymətlərin aşağı çəkilməsinə xidmət edərdi.
2025-ci ildə Aİ 95-in idxal qiyməti 9% ucuzlaşsa da, pərakəndə satış qiyməti ucuzlaşmayıb...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]