DGK-nın hospitalından 2 manatlıq şirkətə 691 min manatlıq sifariş

6-02-2026, 12:34           
DGK-nın hospitalından 2 manatlıq şirkətə 691 min manatlıq sifariş
Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı məhlulların satın alınması ilə bağlı tenderə yekun vurub.

Bizimesr.az xəbər verir ki, tenderin qalibi “Paşa-K” Firması seçilib. Tərəflər arasından abğlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 691 779,58 manatdır.

“Paşa-K” Firması şübhəli şirkətlər siyahısındadır. 2021-ci ildə Firmanın əməkdaşlarından biri vətəndaşalara pulla COVİD-19-la bağlı saxta vaksin sertifikatları satmaqda şübhəli bilinərək saxlanılıb. Az sonra şirkətin adı qiymət şişirdilməsində hallanıb. Həmin vaxt yayılan məlumatlarda iddia edilib ki, “Paşa-K” Firmasına məxsus apteklərdə dərman vasitələrinin qiymətləri şişirdilib.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmaya görə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Paşa-K” Firması ilə ötən il də satınalma müqavilələri bağlayıb. Tibbi sərf mallarının satın alınması nəzərdə tutulan müqavilənin maliyyə dəyəri 1 419 915,83 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Paşa-K” Firması 8 fevral 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 1-də yerləşir. Firmanın qanuni təmsilçisi isə Rzayev Elxan Abduləli oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru