“Coffeelier”nın sahibi olan Elxan Bədəlova vəzifə verildi

6-02-2026, 11:08           
“Coffeelier”nın sahibi olan Elxan Bədəlova vəzifə verildi
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Zaur Şahbalayev vəzifəsindən azad edilib.

TEREF bildirir ki, nocomment.az-a daxil olan məlumata görə, Abşeron-Xızı regional filialının müdiri vəzifəsi müvəqqəti olaraq müdir müavini Elxan Həsənoğlu Bədəlova tapşırılıb.

Elxan Bədəlov hazırda Sosial Xidmətlər Agentliyinin Abşeron–Xızı regional filialında müdir vəzifəsini müvəqqəti icra edir.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışıb. Belə ki, 2017-ci ildə nazirliyin əmri ilə DSMF-nin Sumqayıt şəhər şöbəsinin gəlirlər sektorunda məsləhətçi vəzifəsində işləyərkən Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə direktor təyin olunub.

Bədəlov sonrakı dövrdə Sosial Xidmətlər Agentliyinin Abşeron–Xızı regional filialında müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Sumqayıtda “Coffeelier” adlı qəhvə məkanının Elxan Bədəlovə aid olduğu bildirilir. Məkanın qarşısında aparılan artırmalarla bağlı etirazlar fonunda məsələ sosial şəbəkələrdə gündəmə gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru