Məmmədlidə göllər qanunsuz şəkildə torpaqla doldurularaq satılır
7-02-2026, 12:44

Həm də bələdiyyə sədrinin xeyir-duası ilə...
Məmmədli kəndində uzun illərdir ki, mövcud olan göllər qanunsuz olaraq torpaqla doldurularaq satılır, bu torpaqların üzərində fərdi yaşayış evləri tikilir. Göl ərazilərinin qurudularaq satılması ekotarazlığı pozmaqla yanaşı, bu ərazidə inşa edilən evlərin taleyini də sual altında qoyur. Belə ki, göl əraziləri tələm-tələsik doldurularaq inşaat meydançasına çevrildiyi üçün qış aylarında yağan yağışlar bu ərazidəki qurunt sularının yendən üzə çıxmasına səbəb olur. Nəticədə, həmin ərazi yaşayış üçün mümkünsüz hala gəlir.
TEREF yazır ki, bunu poçtumuza daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır:
Məlum tendensiya ilə bağlı narahatlıq doğuran məqamlardan biri də sözügedən prosesin bələdiyə sədri Ceyhun Ələsgərovun bilavasitə xeyir-duası ilə gerçəkləməsiylə bağlıdır. Bələdiyyə sədri Rövşən və Sahib kimi şəxslərin vasitəsi ilə su hövzələrinin doldurulmasını və tikintisini həyata keçirir ki, bu da adıçəkilən şəxslərə böyük pullar qazandırır. İtirən isə təbiət və vətəndaş olur.
Ümid edirik ki, bütün əlaqədar qurumlar, o cümlədn Baş Prokurorluq və DTX bu məsələni araşdıracaq və məlum qanunsuzluqların qarşısını almaq üçün konkret addımlar atacaqlar.
Yazıda adları çəkilən şəxslərin cavab haqqını tanıyırıq..
TEREF

