Binəqədi İcra Hakimiyyəti piyada yolunu zəbt edən sahibkara….-Video

7-02-2026, 10:26           
Binəqədi İcra Hakimiyyəti piyada yolunu zəbt edən sahibkara….-Video
Bir vaxtlar piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib… Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bilərəkdən mişar daşı düzülür ki, vətəndaşlar yolu oradan yox, başqa ərazidən keçib getsinlər…

Görüntüləri “Xəzər Xəbər”in vatsap qaynar xəttinə çəkib göndərən vətəndaş deyir ki, “Öz kardeşlər” restoranı piyada keçidinin bir hisəsini zəbt edib, qalan ensiz hissədə isə işıqfor yerləşir. Ərazidə 3 orta məktəb yerləşdiyindən, xüsusilə dərsə gələn və gedən məktəblilər bu yolda hər gün təhlükə yaşayırlar.

Sakinlər deyirlər ki, paytaxtın Səttar Bəhlulzadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iaşə obyekti əvvəl keçid üçün az da olsa, yer saxlamışdı. Lakin bir müddətdir həmin yolu da keçmək olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru