57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?

7-02-2026, 12:58           
57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?
Satınalma müqaviləsini icra etməkdən boyun qaçıran "Dasta Group" MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət növbəti ilin fevral ayınadək satınalma müsabiqələrində iştirak edə bilməz.
Araşdırmalarımız zamanı məlum olub ki, "Dasta Group" MMC əsasən dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Şirkət təkcə ötən il 57 satınalma müqaviləsi imzalayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dasta Group" MMC 1 avqust 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi Bakı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Həsrət Ağamalıyev küçəsi, ev 12, mənzil 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Abutalıb Vaqif oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru