Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər: Əhmədli sakinlərinin problemi - VİDEO

11-03-2026, 17:44           
Kanalizasiya kollektorunun üzərində tikilən təhlükəli evlər:
Xətai rayonu, Əhmədli kəndi, Şahin Səmədov küçəsində təxminən 20 il əvvəl fərdi yaşayış evləri kanalizasiya xətləri üzərində tikilib. Amma deyilənə görə, vətəndaşların bundan xəbəri olmayıb.

Bu yaxınlarda yerdə çökmə baş verib, vətəndaşlar evlərinə girə bilmirlər. Çünki evlər hər an uça bilər.

Sakin yaranan vəziyyəti Baku TV-yə belə izah edib:

"Bu, bir həftə ərzində baş verib, diametri genişlənib. Mənimlə bərabər, bu sırada yaşayan evlərin hamısı belə qəzalı vəziyyətdədir. Bir çox əlaqədar təşkilatlara bildirmişik. Bilsəydik, bu boyda evləri tikərdikmi?".

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, müvafiq qurumlarla birgə akt tərtib olunaraq kollektorun üzərində qeyri-qanuni tikilən fərdi yaşayış evlərinin sakinlərinə təqdim edilib. Onlara həmin evlərdə yaşamağın təhlükəli olduğu izah edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru