"Luxoil Company"nin milyonlarla borcu var - məntəqələr, daş karxanaları...

25-03-2026, 08:44           
"Luxoil Company"nin milyonlarla borcu var - məntəqələr, daş karxanaları...
5 il əvvəl yaradılan "Luxoil Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.

Bizimesr.az bildirir ki, 16 aprel 2020-ci ildə fəaliyyətə başlayan və nizamnamə kapitalı 20 manat olan şirkətin hazırda Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi 4.208.040,04 manat vergi borcu var.

"Luxoil Company" MMC-nin ilk qanuni təmsilçisi Qasımov Hidayət İdris oğlu olub. Hazırda isə bu vəzifəni onunla eyni soyadı daşıyan Qasımov Elvin Vilayət oğlu tutur.

MMC haqqında bildirilir ki, "Luxoil Company" Azərbaycan daxilində və beynəlxalq daşımalar üzrə xidmət göstərir. Həmçinin respublikanın müxtəlif yerlərində yanacaq doldurma məntəqələri və ərzaq mağazaları var.

Fövqəladə Hallar Nazirliyinin saytında qeyd edilir ki, şirkətin Quba daş karxanasında və Tovuz Rayonu Cəlilli Cəlilli küçəsində yerləşən yanacaq doldurma məntəqəsində yoxlama aparılacaq. Onu da qeyd edək ki, "Luxoil Company" fəaliyyətə başladıqdan sonra bir neçə milyonluq tenderin qalibi olduğu üçün KİV-in gündəmə gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru