Şəhid valdeynlər müavnətdən imtna etmşdi. . . - Qayınata gəlinini buna görə öldürüb TƏFƏRRÜAT
3-06-2026, 10:01

Ötən gün Bakının Sabunçu rayonu ərazisində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 1994-cü il təvəllüdlü gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi ilə bağlı bəzi iddialar yayılıb. İddialara görə, qayınatanın gəlini öldürməsinə səbəb şəhid ailələrini üçün nəzərdə tutulan müavinəti mənimsəmə istəyib olub.
Xitab24-az-ın əldə etdiyi məlumata görə, Səxavət Məmmədov şəhid olduqdan bir həftə sonra dövlət tərəfindən verilən 11 min manatdan və digər aylıq müavinətlərdən onun valideynləri - Hicran Məmmədova və Adıgözəl Məmmədov notarial qaydada Gülüzar Məmmədovanın xeyrinə imtina edib. Bu məbləğ aylıq olaraq təxminən 2500 manatdır.
Hadisə isə iddia olunduğu kimi, müavinət yox, qısqanclıq zəminində baş verib. Belə ki, bir müddət öncə Gülüzar Məmmədovanın bəzi davranışları şəhid ailəsi tərəfindən qəbul olunmayıb və mərhumun valideynləri Bakıya dəvət edilərək qadını onlara təhvil verib. Bundan sonra G.Məmmədova öz valideynləri ilə Yevlaxda yaşamağa başlayıb.
Ötən gün Bakıya övladlarını görməyə gələn qadın əvvəlki vaxtda baş verən bəzi hadisələrə görə qadını təqdib edən Adıgözəl Məmmədov tərəfindən Ramana qəsəbəsi ərazisində yaşayış binasının liftində qətlə yetirilib.
Adigözəl Məmmədov hadisəni törətdikdən sonra DİN "102" xidmətinə zəng edərək məlumat verib və polisə təslim olub.

