Qorxu içində yaşayan ailələr: Qəzalı binanın taleyi necə olacaq? - VİDEO

Dünən, 16:44           
Qorxu içində yaşayan ailələr:
Qəzalı binada yaşayan 9 ailə köçürülsə də, digər sakinlər hələ də gözləmək məcburiyyətində qalıblar.

Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, köçürülmə prosesi artıq 9 aydır dayanıb.

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən, 43 ünvanında yerləşən ikimərtəbəli binanın sakinləri köçürüləcəkləri günü gözləyirlər. Yaşı bir əsrdən çox olan qəzalı binada 12 ailə təhlükə və qorxu içində yaşayır.


Sakinlər bildirirlər ki, kompensasiya məbləğinin az olduğunu düşünsələr də, təklif olunan məbləğlə razılaşıblar. Lakin naməlum səbəblərdən köçürülmə prosesi və ödənişlər tam şəkildə icra edilmir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, sözügedən ünvanda yerləşən binanın sakinlərinin köçürülməsi ilə bağlı kompensasiya ödənişləri mərhələli qaydada həyata keçirilir. Prosesin ilkin mərhələsində sakinlərin bir qisminə ödənişlər edilib. Yaxın zamanda digər sakinlərə də kompensasiya vəsaitlərinin ödənilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru