Əməkdar artistin əmək hüququnun pozulmasına Dövlət Əmək Müfəttişliyi Xidməti niyə susur?

Bu gün, 17:16           
Əməkdar artistin əmək hüququnun pozulmasına Dövlət Əmək Müfəttişliyi Xidməti niyə susur?
Əməkdar artist Mehriban Xanlarovanın əmək hüququndan məhrum edilməsi gündəmi elə işğal edib ki, susmaq olmur

Alimlərimiz, ziyalılarımız dilçi professor İdris Abbasovun timsalında səslərini ucaldıblar. Susan(lar) isə gerçəkdə hayqırmalı olan vətəndaşların əmək hüquqlarının qorunmasına cavabdehlik daşıyan qurumlardır. ƏƏSMN tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) niyə aktyorun əmək hüquqlarının pozulmasına susur? Axı Xidmətin başlıca vəzifəsi elə pozulmuş əmək hüququnun bərpasıdır? Əməyi fəxri adla qiymətləndirilən əməkdar artistə ömrünü, canını qoyduğu doğma teatrda boş (vakant) iş yeri “tapa” bilməz DƏMX?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti adına uyğun xidmətini göstərməyə borcludur. Niyə xidmətdən imtina edilir? Deyə bilərlər ki, müraciət olmayıb, indi ki var, media yayıb! Formal xidmət adı ilə büdcəni yemək də dövlət adına ləkədir. Yeri gəlib, vurğulayaq, AMEA-da elmi sahələrə aid olmayan bölmələrə (işlər idarəsi, hüquq, sosial şöbələr) qıraqdan keçmiş hakimlərin, icra hakimiyyəti işçilərinin rəhbər görəvlərə gətirilməsindən, 50 ilin AMEA əməkdaşlarına, AMEA üzrə yeganə 1-ci dərəcəli Qarabağ əlilinə isə BMT Konvensiyasına, yerli qanunvericilik aktlarına uyğun iş tapılmamasından DƏMX-yə şikayətə əmək hüququndan başqa ağzına gələni yazmaqla cavab verilib.

ƏƏSMN, DƏMX adını doğruldub, əməkdar artistin əmək hüququnun pozulmasına qiymət verəcəkmi? Yaşaya bilsək, bilərik.

Məğrur Bədəlsoy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru