Dövlət işçiləri tingi öz pullarına alır, ağacı özləri əkir, yanacaq xərcini də özləri çəkirsə, meşəsalma üçün ayrılan vəsait kimə xərclənir?

Bu gün, 10:18           
Dövlət işçiləri tingi öz pullarına alır, ağacı özləri əkir, yanacaq xərcini də özləri çəkirsə, meşəsalma üçün ayrılan vəsait kimə xərclənir?
Naxçıvanda 49,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparıldığı bildirilir. Rəsmi məlumata görə, məqsəd səhralaşma ilə mübarizədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, təkcə bu ilin yaz əkin mövsümündə 23 min 800-dən çox ting əkilib.
Nazirlik bu işlər üçün büdcədən nə qədər vəsait ayrıldığı barədə məlumat vermir. Lakin tinglərin alınması, daşınması, suvarılması, qulluq, texnika, yanacaq və işçi xərcləri nəzərə alınarsa, bu işlərin yüz minlərlə manat vəsait tələb edə biləcəyi ehtimal olunur.
Dövlət idarə və müəssisələrində çalışan işçilər isə meşəsalma işlərinin böyük hissəsinin onların hesabına görüldüyünü iddia edirlər. Onların sözlərinə görə, hər şənbə “iməcilik” adı altında ağac əkməyə və əkilən ağaclara qulluq etməyə məcbur edilirlər.
İşçilər bildirirlər ki, tinglərin alınması, yanacaq və digər xərclər də çox vaxt onların üzərinə qoyulur. Onlar bu halda meşəsalma üçün ayrılan büdcə vəsaitlərinin necə xərcləndiyinin açıqlanmasını tələb edirlər.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru