Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - VİDEO

Bu gün, 15:08           
Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir - VİDEO
Bakıətrafı qəsəbələrdə mənzillərə tələbat artıb.

Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlərin sözlərinə görə, paytaxtda qəzalı binaların sökülməsi səbəbindən vətəndaşlar mərkəzdən kənar ərazilərdə ev almağa üstünlük verirlər və bu amil qiymətlərə də təsir edir.

Ekspert Elnur Fərzəliyev qeyd edib ki, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi qəsəbələrdə evlərə və torpaq sahələrinə olan qiymətlər hələlik münasibdir. Lakin aparılan işlər və inkişaf perspektivləri qiymət artımını qaçılmaz edir.

Ekspertin sözlərinə görə, qəzalı binaların sökülməsi prosesi ilə yanaşı, yay mövsümü ilə bağlı da bu ərazilərdə evlərin qiymətinin 10-15 faiz artacağı gözlənilir. Bununla belə, payız aylarında qiymətlərdə 5 faizədək enmə müşahidə edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru