ÇİN və MAÇİN!
Bu gün, 10:54

Elə gözəl var bunların içində,
Hərgiz ələ düşməz Çini-Maçində.
Molla Pənah Vaqif:
"Hayıf ki,yoxdur".
Əvvəla onu qeyd edim ki,Çinli dediyimiz xalq özünə Çinli,ölkəsinə də Çin demir,Kitay da demir.?Səbəb?
-Çinlilər özlərini Han xanədanının davamçıları,xalqı olaraq qəbul ediblər.
Han nəslindən olan xalqa Çinli demək bir zamanlar onları aşağılamaq kimi qəbul edilirdi,səbəb də odur ki,Çin adlı xanədanlıq əslində Türk mənşəli idi.
Qin/Çin dövlətini yıxan Han xanədanlığı o dövrdən bəri özlərini belə adlandırır.
Han adı o qədər nüfuz qazandı ki, adını etnik Çin xalqına (Han), Çin simvollarına (Hanzi) və Çin dilinə (Hanyu) verdi.
Çjunqo termini isə ("Orta krallıq") bu mədəniyyətin simvoluna çevrilib.
Ölkənin indiki adının bir hissəsində bu qalır:
中国 (Zhōngguó)(Çonq-kuo)
Orta/mərkəzi dövlət!
Çinli tarixçi Wang Ji-lai yazır:"
"Adı çəkilən Çin padişahı ilə Han millətinə mənsub deyil".
Qin/Çin dövləti-xanədanlığı m.ö.221-206-cı illərdə mövcud olmuşdu,bu sülalənin adına ərəblər Sin deyirdilər.
Çində Liao xanədanlığı Kıtanlar tərəfindən qurulub.Bu xanədanlıq dönəmində Çinə Kıtan demişlər,Ming xanədanlığı zamanında Qita/Kıta,müsəlmanlar Hitai/Hatai,avropada Catai/Cata deyilir ki,buradan Kitay sözü yaranır.
İbn Bətutə isə Çinlə Kitayı ayrı yerlər kimi təqdim edir.
Yusif Xas Hacibin"Qutadqu bilik"əsədərində Çin və Maçin ayrı yerlər kimi göstərilir.
Firdovsi də Şahnaməsində Çin və Maçindən bəhs edir.
Ən maraqlı məlumatlardan biri də məhz Mahmud Kaşğarlıya məxsuadur.O yazır:"Çin və Maçin xalqlarının ayrı dilləri olsa da, onların şəhərliləri türk dilini yaxşı bilirlər. Məktublarını bizə türk yazısı ilə yazırlar.
Araya böyük sədd və Çin yaxınlığındakı dağlar və dəniz girdiyi üçün yǝcuc və məcuc xalqının dili də bilinmir.".
Maçin Şərqi Türküstanda yaşamış Türk qövmünə aid məkandır,-deyə bilərik!
Beləliklə,Çin və onun yaxınlığında yerləşən Maçin haqqında mənbələr müəyyən məlumatlar verir.
Vüsal müəllim!

