Həkim Emin Əmrullayevə qarşı çıxdı: “7 min azdır?”
Bu gün, 16:48

Emin Əmrullayev başqa nazirlərdən fərqlidir. Bəzən adama elə gəlir ki, təhsildəki neqativlərdən bu sahəyə aidiyyatı olmayan başqa birisi danışır. Özünütənqid də demək olmur.
İndi deyib ki, ölkədə təhsil haqqı aşağıdır. İldə 7000 manat təhsil haqqı aşağıdırmı?.
Bizimesr.com bildirir ki, bu sözləri uşaq həkimi-pediatr Vaqif Qarayev Elm və təhsil naziri Emin Əmrullayevin müsahibəsi zamanı dediklərinə cavab olaraq bildirib. Həkim qeyd edib ki, nazir valideynlərin də, uşaqların da keçirdiyi psixoloji gərginlikdən xəbərsizdi:
“6 il biçarə valideyn 7000 min manat təhsil haqqını ödəməlidir! Bu uşaqların keçirdiyi psixoloji gərginlikdən nazir xəbərdardırmı?
Atasının imkansızlığına görə özünü günahkar bilən uşaqlarımız az deyil. Nə hikmətdirsə, ödənişlə oxuyanlar ödənişsizlərdən daha yaxşı oxuyurlar (mən Tibb Universitetini nəzərdə tuturam).
Valideyn bir ətək pul verir, sonra övladı daha yaxşı həkim olmaq üçün xaricə üz tutur. Məntiqlə bahalı təhsilin keyfiyyəti də yüksək olmalıdır.
Belədirmi?”.

